EN

Hacıqabulda avtomobil aşdı: xəsarət alanlar var - Adlar

Hacıqabul rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, hadisə saat 13 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən qeydə alınıb. “VAZ” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan iki nəfər - Rüstəmov Elşən Ələmqulu oğlu və Rüstəmov Həsən Vahid oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
11
publika.az

10Sources