EN

Ançelotti futbolda özünüfəda keyfiyyətinin önəmindən danışdı

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti karyerası ərzində gördüyü ən yaxşı futbolçularla bağlı sualı cavablayıb.

Arena.az məlumat verir ki, 65 yaşlı mütəxəssis bu barədə italyan aktyor Cakomo Porettinin podkastında müsahibəsi zamanı bildirib:

“Mən Maradona ilə qarşı-qarşıya gəlmişəm, müəmma idi. Bu, çatılmaz bir səviyyədir. Heç vaxt eşitməmişəm ki, o, rəqiblərindən aldığı zərbələrdən şikayətlənib ahu-zar etsin. Mən həmçinin Mişel Platiniyə qarşı oynamışam, hansı ki, böyük oyunçu idi, həmçinin Zidana qarşı oynamışam.

Karyeram ərzində “Everton”u çalışdırmışam, hansı ki, belə müəammalı idmançılara malik deyildi. Futbolda özünüfəda keyfiyyətinə malik keyfiyyətli oyunçular gərəkdir”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Rəhbərliyi müddətində Ançelotti “Real”ı 336 oyuna çıxarıb, 242 qələbə, 47 heç-heçə, 47 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 812:321 nisbətindədir.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.

Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.

Chosen
12
2
arena.az

4Sources