EN

"10 nəfərlə də ən azı uduzmamağa borcluyduq" - Vensan Kompani

Almaniya Bundesliqasının 25-ci turunda evdə "Boxum"a məğlub olan (2:3) "Bayern Münhen"in baş məşqçisi Vensan Kompani oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, 43-cü dəqiqədən azlıqda oynayan (yarımmüdafiəçi Joau Palinya qırmızı vərəqə alıb) Almaniya nəhənginin çalışdırıcısı belə danışıb:

"Boxum"u təbrik edirəm. Üzgünük. Yaxşı başlamışdıq, qırmızı vərəqə almamalıydıq. Amma 10 nəfərlə də qələbə qazanmağa, heç olmasa, uduzmamağa borcluyduq. Bəhanə axtarmırıq. Reallıq budur ki, komanda uduzub. Matçı təhlil edəcəyik. Məsuliyyəti üzərimizə götürməli, doğru yöndə irəliləməliyik".

Nihat

 

Chosen
19
fanat.az

1Sources