EN

Hacıqabulda ağır qəza: yaralılar var

Hacıqabul rayonu ərazisində minik avtomobilinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə saat 13 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən qeydə alınıb. VAZ markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində xəsarət alan iki nəfər - Rüstəmov Elşən Ələmqulu oğlu və Rüstəmov Həsən Vahid oğlu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
28
11
axar.az

10Sources