EN

“Arqon” tamaşasının premyerası baş tutub

Azərbaycan Dövlət YUĞ Teatrında mart ayının 8-i Şəbnəm Xeyrullanın eyniadlı pyesi əsasında “Arqon” tamaşasının premyerası baş tutub.

APA-nın xəbərinə görə, psevdosuisidal hoqqa janrlı səhnə əsərində teatrın sənətçisi Oktay Mehdiyev iştirak edib.

Tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, quruluşçu rəssamı Əfşan Əsədova, rejissor assistenti Günel Səfərova, musiqilərin müəllifi isə Aylin Nəcəflidir. Qeyd edək ki, Şəbnəm Xeyrullanın “Arqon” pyesi 2024-cü ildə baş tutmuş CHARACTERS Müasir Dramaturgiya Festivalının qalibi olub. Tamaşanın növbəti nümayişi 14 mart tarixində olacaq.

“Arqon” “Arqon” “Arqon” “Arqon”
Chosen
16
1
apa.az

2Sources