Ukraynalı sabiq futbolçu Aleksey Şubin cəbhə bölgəsində həlak olub.
Bu barədə Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir.
O, Xarkov vilayətinin Liptsı yaşayış məntəqəsi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.
Qeyd edək ki, 49 yaşlı A.Şubin Çerniqov şəhərinin "Desna" komandasının keçmiş futbolçusudur. (Oxu.az)
Bizim.Media