Big Ben-ə dırmanıb Fələstin bayrağı daşıyan kişi həbs edilib.
Far.Az xəbər verir ki, bu barədə Associated Press məlumat verir.
O, şənbə günü qülləyə dırmanıb və danışıqlardan sonra gecə yarısı enib. Hadisə zamanı Westminster Körpüsü və ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Polis koridorlarının yaxınlığında isə Fələstinə dəstək şüarları qışqıran kiçik etirazçı qrup toplanıb.
Hadisənin nəticəsində, Westminster Sarayına keçirilən turlar ləğv edilib.