EN

Premyer Liqa: "Zirə" "Səbail"i bir qolla üstələdi

"Zirə" Misli Premyer Liqasında "Səbail"i məğlub edib.

hakimiyyet.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionundakı XXVI turun oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Qonaqların heyətində Suleyman Alluş 73-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə Ruan Renato qalibiyyət qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Səbail" 18 xalla sonuncu - 10-cu sıradadır.

Günün ilk matçında "Şamaxı" evdə "Sabah"dan üstün olub - 1:0.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

17:04

Misli Premyer Liqasında "Şamaxı" "Sabah"a qalib gəlib.

hakimiyyet.az xəbər verir ki, Şamaxı şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Otuzuncu dəqiqədə Edqar Adilxanov fərqlənib. Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran "Şamaxı" yeddinci pillədə qərarlaşıb. Paytaxt klubu 34 xalla beşinci sıradadır.

Günün saat 17:30-da başlayacaq oyununda "Zirə" "Səbail"i qəbul edəcək.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

10:00

Bu gün Misli Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək.

hakimiyyet.az xəbər verir ki, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək.

Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb.

Günün ikinci görüşündə isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. "Qartallar" 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu sıradadır.

Misli Premyer Liqası

III dövrə, XXVI tur

9 mart

15:00. "Şamaxı" - "Sabah"

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Rauf Allahverdiyev.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: İmanxan Sultani.

Şamaxı şəhər stadionu

17:30. "Zirə" - "Səbail"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov

VAR: Rəşad Əhmədov

AVAR: Pərvin Talıbov

Hakim-inspektor: Ceyhun Haşımov

Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib.

Chosen
24
13
hakimiyyet.az

10Sources