EN

Fransa Ukraynaya 195 milyon avroluq hərbi yardım tədarük edəcək

Fransa Ukraynaya Rusiya aktivlərinin dondurulmasından əldə olunan faizlərlə 195 milyon avroluq hərbi yardım tədarük edəcək.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu “La Tribune Dimanche” qəzetinə verdiyi müsahibədə bildirib.

Nazir deyib ki, yeni tranşa 155 mm-lik artilleriya mərmiləri və AASM tipli idarə olunan aviabombalarla yüklənmiş Mirage-2000 təyyarələri daxildir.

Lekornu hərbi texnikaların istehsal sürətini artırmağı planlaşdırdıqlarını da açıqlayıb. Belə ki, gələn ildən etibarən “Dassault Aviation” ayda 4-5 “Rafale” təyyarəsi təhvil verəcək, bu da ötənilki ilə müqayisədə iki dəfə çoxdur. AASM aviabombalarının istehsal həcmi iki dəfə artacaq.

Chosen
34
10
nocomment.az

10Sources