EN

Cüdoçularımız “Böyük dəbilqə” turnirinə dəvət olunub

Yazını böyüt
Yazını kiçilt

Martın 21-23-də Tbilisidə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək. Turnirə Gürcüstanda yaşayan soydaşlarımızla yanaşı, Azərbaycandan da idmançılar dəvət olunublar.

Bu barədə hafta.az-a Gürcüstan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, turmirdə Avropa və qonşu ölkələrdən də idmançılar dəvət edilib. Federasiyanın məlumatına görə, Gürcüstan bu çempionatda 28 cüdoçu ilə təmsil olunacaq.

Qeyd edək ki, Azərbaycan cüdoçuları 2024-cü ildə Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük dəbilqə” turnirini 2 qızıl və 2 gümüş medalla başa vurublar.

Chosen
18
3
hafta.az

4Sources