EN

Suriyadaki sabitliyi təxribatlar vasitəsi ilə pozmağa çalışırlar - Hakan Fidan

Bakı, TurkicWorld

Suriya hökumətinin təxribatlara uymadan apardığı siyasəti təxribatlar vasitəsi ilə pozmağa çalışırlar.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan İordaniyada keçirilən təhlükəsizlik sahəsində əməkdaşlıq görüşündə deyib.

O, region ölkələrinin sabitliyi pozacaq heç bir təşəbbüsü dəstəkləmədiyini və mülki insanların həyatlarının, mülklərinin və mədəni dəyərlərinin toxunulmaz olduğunu hər platformada müdafiə etdiklərini vurğulayıb.

Fidan, bugünkü görüşdə konkret hansı addımların atılmasının mümkünlüyünü müzakirə etdiklərini və ilk olaraq DEAŞ-a qarşı ortaq hərbi əməliyyat və kəşfiyyat mexanizmi qurmaq barədə qərar qəbul edildiyini bildirib. O, bu istiqamətdə müvafiq qurumların daha detallı iş aparacağını qeyd edib.

Bundan əlavə, o, İraq, Suriya və Türkiyə üçün ortaq təhlükə olan PKK-nın bölgədən tamamilə silinməsinin və terror fəaliyyətlərinin sona çatdırılmasının əsas prioritetlərdən biri olduğunu vurğulayıb.

Fidan, növbəti görüşün Türkiyədə keçiriləcəyini və burada əsas müzakirə mövzusunun terrorla mübarizə olacağını bildirib.

DEAŞ-ın bölgədə yenidən ortaya çıxmasının qarşısını almaq və tamamilə məhv edilməsi üçün beş ölkə birgə fəaliyyət göstərəcək və bütün imkanlarını bu məqsədə yönəldəcək.

Chosen
89
11
turkic.world

10Sources