EN

Qəzzada elektrik enerjisi kəsilir,

İsrail Qəzza zolağına elektrik enerjisinin verilişinin dayandırılması barədə göstəriş verib.Metbuat.az “Kan”a istinadən xəbər verir ki, bu barədə İsrailin energetika naziri Eli Koen bildirib. Məlumata görə, İsrail anklavın mərkəzi hissəsində duzsuzlaşdırma qurğusunu işlətmək üçün Qəzzaya elektrik enerjisi verirdi. Qəzzanın isə elektrik enerjisinin böyük hissəsi generatorlar tərəfindən istehsal olunur, lakin onlar üçün yanacaq bir həftədir ki gəlmir.

7 oktyabr 2023-cü ildən bu yana davam edən hücumlardan sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda həlak olan 5 fələstinlinin cənazəsi xəstəxanalara çatdırılıb. Həyatını itirən fələstinlilərin sayının 48 min 458, yaralı sayının isə 111 min 897 nəfərə yüksəldiyi açıqlanıb.

Chosen
9
11
metbuat.az

10Sources