EN

Amerikalı ravvinlər Azərbaycana görə Trampa müraciət etdilər

50-dən çox ABŞ ravvini Avraam razılaşmalarının genişləndirilməsi ilə bağlı ABŞ prezidenti Donald Trampa müraciət ediblər. Məqsədləri budur ki, türk dövlətlərindən Azərbaycan, Qazaxıstan və Özbəkistan bu razılaşmaya daxil edilsin.

Bizim.Media xəbər verir ki, ikinci müraciət Azərbaycana qarşı 907-ci maddənin ləğv edilməsinin zəruriliyi ilə bağlıdır.

Qeyd olunur ki, ABŞ-dakı digər yəhudi təşkilatları, o cümlədən ultra-pravoslav təşkilatlar da Amerika liderinə oxşar müraciətlər edəcəklər.

Xatırladaq ki, Avraam razılaşmaları İsrail və ərəb dövlətləri arasında münasibətlərin normallaşdırılmasına dair 2020-2021-ci illərdə imzalanmış bir sıra müqavilələrdir.

Onların adı yəhudilik, xristianlıq və islam ənənələrinə eyni dərəcədə hörmət edilən ata Avraama aiddir.

Qeyd edək ki, 1992-ci ildə Birləşmiş Ştatlar keçmiş Sovet respublikalarına iqtisadi dəstək vermək üçün qəbul edilən Azadlığa Dəstək Aktının 907-ci maddəsini qəbul edib. Dəyişiklik Azərbaycan hökumətinə yardım göstərilməsinə imkan vermir.

2001-ci ildə, 11 sentyabrdan sonra Buş administrasiyası Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığa ehtiyac olduğu üçün bu düzəlişdən müvəqqəti imtina edib.

Bununla belə, 2023-cü ilin noyabrında Azərbaycan antiterror əməliyyatı nəticəsində Qarabağ üzərində nəzarəti bərpa etdikdən sonra ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayen Bakının kəskin tənqidinə səbəb olan düzəlişin dayandırılmasını uzatmamaq niyyətində olduğunu bəyan edib. Azərbaycan bunu qeyri-dost addım kimi qiymətləndirərək Vaşinqtonu ikili standartlarda ittiham edib.

Bizim.Media

Chosen
18
2
bizim.media

7Sources