EN

Rubio Ukraynalı həmkarları ilə Səudiyyədə danışıqlar aparacaq

Bakı, TurkicWorld

ABŞ Dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına və Kanadaya səfər edəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi açıqlamasında bildirilib.

Açıqlamada, Rubionun 10-12 mart tarixlərində Səudiyyə Ərəbistanına səfər edəcəyi və burada ukraynalı həmkarları ilə danışıqlar aparacağı bildirilib.

Bundan əlavə, departamentin sözçüsü Tami Brusun açıqlamasına görə, Rubio Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salman ilə də görüş keçirəcək.

12-14 mart tarixlərində isə Rubio, Kanadada keçiriləcək G7 xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Rubio, cümə günü Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə telefon danışığı aparıb və ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirmək istədiyini bildirib.

Lakin Tramp, fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə baş verən gərgin mübahisədən sonra Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırıb.

Zelenski sabah günü Səudiyyə Ərəbistanına səfər edəcəyini və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşəcəyini bildirib. O, həmçinin Ukraynanın diplomatik və hərbi nümayəndələrinin çərşənbə axşamı ABŞ rəsmiləri ilə görüş keçirəcəyini açıqlayıb.

Chosen
7
turkic.world

1Sources