La Liqanın XXVII turu çərçivəsində "Real Madrid" "Rayo Valekkano"nu qəbul edib.

Offsideplus.az xəbər verir ki, oyubda hesabı meydan sahibləri açıb. 30-cu dəqiqədə Kilian Mbappe fərqlənib. Cəmi 4 dəqiqə sonra Vinisius Junior fərqi iki topa yüksəldib. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə qonaqlar fərqi minimuma endiriblər. Lakin daha artığına gücləri çatmayıb.

Görüş "Real"ın 2-1 qələbəsi ilə başa çatıb.

Oyunda vurulan qolları təqdim edirik: