EN

Bakı dumana BÜRÜNDÜ: Sürət həddi ENDİRİLDİ

Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti hökm sürür.

hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) görüntülər yayıb.

Həmçinin, Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

Eyni zamanda tablolarda "dumanlı yol" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Chosen
54
49
hakimiyyet.az

10Sources