EN

İsrail də bu təşkilatdan çıxa bilər

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxmasının ardınca İsrailli qanunvericilər Təl-Əvivin də eyni addımı atma ehtimalını müzakirə edəcək.


News365.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb.


Knessetin verdiyi açıqlamaya görə, Səhiyyə Komitəsi bazar ertəsi “İsrailin Ümumdünya Səhiyyə Təşkilatından çıxması” mövzusunda xüsusi müzakirələr keçirəcək.


Bildirilir ki, debat Baş nazir Benyamin Netanyahunun Likud Partiyasının üzvləri, eləcə də ifrat sağçı Dini Sionizm və Otsma Yehudit partiyalarından olan parlament üzvlərinin tələbi ilə planlaşdırılıb.

Chosen
11
1
news365.az

2Sources