EN

Suriyada qızğın döyüşlər davam edir

Suriyanın yeni hakimiyyət orqanlarına tabe olan silahlı qüvvələr sahilyanı Latakiya əyalətində Tartus və Cebla şəhərləri yaxınlığında keçmiş prezidenti Bəşər Əsədin tərəfdarları ilə qızğın döyüşlər aparır.

Axar.az xəbər verir ki, bu barədə TASS-a əyalətdəki mənbə məlumat verib.

"Cebla, Tartus, Beyt, Baniyas - hər yerdə döyüşlər gedir. Artıq 3 gündür ki, işıq və su yoxdur, hamı evdən çölə çıxmamağa çalışır", - mənbə bildirib.

O, mülki itkilərin olduğunu da təsdiqləyib.

Qeyd edək ki, nartın 6-da Latakiya, Tartus və Xüms əyalətlərində təhlükəsizlik qüvvələri ilə eks-prezidentin tərəfdarları arasında toqquşmalar başlayıb.

Chosen
25
1
axar.az

10Sources