EN

"Arsenal"da yeni TƏYİNAT

"Arsenal" yeni idman direktorunu təyin edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

"Topçular" "Atletiko"nun sabiq idman direktoru Andrea Berta ilə şifahi razılıq əldə edib. Onunla növbəti həftə müqavilənin imzalanacağı bildirilir. İngiltərə klubunun son idman direktoru Edu Qaspar olub. O, klubu ötən ilin noyabr ayında tərk edib. 

Qeyd edək ki, Andrea Berta Madrid təmsilçisindəki vəzifəsini bu ilin yanvar ayına tərk edib. /qol.az

Chosen
9
1
bakivaxti.az

2Sources