EN

"Real Madrid" evdə üç xala sevindi

İspaniya La Liqasında 28-ci turun növbəti oyunu keçirilib.

Çempionluq mübarizəsi aparan "Real Madrid" doğma meydanda "Rayo Vallekano"nu qəbul edib. Görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Kral klubu" ikinci pilləyə yüksəlib. Qonaqlar isə 36 xalla yeddinci yerdə qərarlaşıblar.
Chosen
32
9
referans.az

10Sources