EN

Bakıda kəndirlə mübarizə idmanı üzrə beynəlxalq seminar KEÇİRİLDİ

Bu gün Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının dəstəyi və Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin təşkilatçılığı ilə atletlər, məşqçilər və hakimlər üçün beynəlxalq seminar təşkil olunub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin mətbuat xidmətindən verilən məlumata görə tədbirdən öncə Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının prezidenti cənab Ralf Brauninger və baş katib Anders Andersson, həmçinin Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti və idarə heyətinin sədri, beynəlxalq dərəcəli idman ustası, hakim və məşqçi Dr.Elnur Şıxəliyev, vitse-prezidenti Elçin Vəliyev, xarici əlaqələr şöbəsinin müdiri Elmin Hüseynli, baş katib Namiq Cəfərov, baş məşqçi İlqar Tağıyev və digər şəxslər Ümummilli lider Heydər Əliyevin və Akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyulub.

Abşeron Olimpiya İdman Kompleksində tədbirdən öncə Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının prezidenti cənab Ralf Brauninger və baş katib Anders Andersson idman kompleksində təşkil olunan robotexnika sərgisində iştirak ediblər. Həmçinin Abşeron Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov idman kompleksində müxtəlif idman növləri üzrə fəaliyyət göstərən idman zalları və otel haqqında qonaqlara ətraflı məlumat verib.

Sonra Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti və idarə heyətinin sədri Dr.Elnur Şıxəliyev seminarı açıq elan edib.

Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının prezidenti cənab Ralf Brauninger Azərbaycanda qısa müddət ərzində kəndirlə mübarizə idman növünün inkişafı üçün görülən işləri müsbət qiymətləndirib.

Azərbaycan Kəndirlə Mübarizə İdmanı Cəmiyyəti ictimai birliyinin prezidenti Dr.Elnur Şıxəliyev milli yığmanın yeni formasını Avropa Kəndirlə Mübarizə İdmanı Federasiyasının prezidenti cənab Ralf Brauninger və baş katib cənab Anders Anderssona hədiyyə edib.

Sonra Avropa Kəndirlə Mübarizə Federasiyasının baş katibi, İsveç milli komandasının keçmiş üzvü, dünya çempionu və dünya oyunlarının finalçısı cənab Anders Andersson atletlərə, məşqçilərə və hakimlərə texniki qaydaları izah edib.

Sonda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olunub.

22222222222222
Chosen
18
1
redaktor.az

2Sources