EN

Şahbuzda güclü yanğın hadisəsi oldu -YENİLƏNİB

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Badamlı kəndində vətəndaşa məxsus yardımçı tikilidə yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, məlumatla əlaqədar dərhal Şahbuz rayon Dövlət Yanğından Mühafizə Hissəninin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın hadisəsi nəticəsində 1650 kg ot tayası, tayanın üzərinə qurulan çardağın 60 m² hissəsi yanıb, 600 kq ot bağlaması, çardağın 20 m² hissəsi və 80 m² sahəsi olan yardımçı tikili yanğından mühafizə olunub.

***

Şahbuz rayonunda güclü yağın olub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Badamlı kəndində baş verib.

Yanğın kənd sakini Hüseynov Asəf Həmid oğluna məxsus həyətyanı sahədə yerləşən tövlədə olub. İlkin məlumata görə, yanğın tövlənin çardağına yığılmış ot tayalarında başlayıb, daha sonra tövləyə keçib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şahbuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb, tövlədə mal-qaraya ziyan dəyməyib.

22222
Chosen
30
8
redaktor.az

10Sources