EN

Marko Rubio Ukraynaya görə Səudiyyə Ərəbistanına gedəcək

ABŞ Dövlət katibi Marko Rubio ukraynalı həmkarları ilə danışıqlar aparmaq üçün martın 10-12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək.Metbuat.az xəbər verir ki, Ciddədə o, həmçinin Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşəcək. Tərəflər regionda ortaq maraqları inkişaf etdirmək və ABŞ-Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə edəcək.


Chosen
7
1
metbuat.az

2Sources