EN

Həm “Arsenal”, həm “Ayaks”, həm də “Qarabağ” – 6 klubdan biri

UEFA Avropa Liqasının Liqa yolu mərhələsində səfərdə Norveçin “Bodo Qlimt” kollektivini məğlub edən “Qarabağ” 2020-ci ildən bu yana bu komandanı onun meydanında məyus edən 6 klubdan biridi.

İdmanxeber.az-ın məlumatına görə, Norveç komandası 2020-ci ildən etibarən avrokuboklarda öz meydanında keçirdiyi 36 oyundan yalnız 6-da məğlub olub ki, bu yenilgilərdən birini də Ağdam təmsilçisi onlara yaşadıb. “Köhlən atlar” Avoliqanın Liqa yolunda yalnız “Bodo Qlimt”i məğlub etmişdi.

İngiltərənin “Arsenal”, Polşanın “Legiya”, Belçikanın “Brügge”, Niderlandın “Ayaks” və PSV kollektivləri də son 5 ildə “Qarabağ” kimi “Bodo Qlimt” səfərində qələbəyə sevinən kollektivlərdəndi.

Qeyd edək ki, Norveç klubu Avroliqanın Liqa yolunun pley-off mərhələsinin ilk görrüşündə Yunanıstan “Olimpiakos”unu öz meydanında 3:0 məğlub edib. 

Chosen
24
idmanxeber.az

1Sources