Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2024/2025-ci illər mövsümünün 27-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Sivasspor” – “Göztəpə” matçında meydan sahibləri qələbə qazanıblar. “Eyüpspor” “Konyaspor”u, “Samsunspor” isə “Adana Dəmirspor”u məğlub yola salıb. “Alanyaspor” – “Qalatasaray” matçında da İstanbul təmsilçisi əzmkar qələbəyə sevinib.
27-ci tura martın 10-da keçiriləcək “Beşiktaş” – “Qaziantep” matçı ilə yekun vurulacaq.
Türkiyə, Super Liqa
27-ci tur
7 mart
Bodrumspor – Kasımpaşa 1:0
Qol: Fredi, 73.
8 mart
Kayserispor – Başakşəhər 3:1
Qollar: Mane, 44. Bahoken, 67. Kardozo, 72 – Keni, 89.
Antalyaspor – Rizəspor 2:1
Qollar: Qaiç, 90; 90+8 – Sou, 58.
Trabzonspor – Hatayspor 1:2
Qollar: Zubkov, 42 – G.Sağlam, 21. Massanqa Matondo, 65.
9 mart
Sivasspor – Göztəpə 3:1
Qollar: Xarisis, 48. Boke, 66; 77 – Matsuki, 33.
Eyüpspor – Konyaspor 2:1
Qollar: E.Akbaba, 15-pen. U.Bozok, 77 – T.Taşçı, 58.
Samsunspor – Adana Dəmirspor 3:2
Qollar: S.Aydoğdu, 5; 11. E.Kılınç, 62 – S.Kavrazlı, 29. T.Aydoğan, 80
Alanyaspor – Qalatasaray 1:2
Qollar: Vilyena, 23 – F.Aliti, 51-öz qapısına. Osimhen, 62.
10 mart
21:30. Beşiktaş – Qaziantep