EN

Bu futbolçuları ilk dəfə millimizlə oyunda “dişlərinə vuracaqlar”

Martın 22-də Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Haiti yığmasında yarımmüdafiəçi Brayan Alseus dəvət edilməyib.

Sportinfo.az xəbər verir ki, “Zirə”nin sabiq futbolçusu bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.

Baş məşqçi Sebastien Minye barədə fikir bildirməkdən boyun qaçıran 29 yaşlı oyunçu milli karyerasını başa vurduğunu açıqlayıb.

Haitililər yığmamız önündə bir neçə debütanta güvənməli olacaq.

Bu il Qətərdə keçiriləcək U-17 dünya çempionatının seçmə mərhələsində Haiti millisinin ən yaxşı oyunçusu seçilən Emerson Laisse ilk dəfə əsas kollektivə dəvət alıb.

Həmçinin müdafiəçilər Peterson Pyer-Luis, Uilqens Paukin, yarımmüdafiəçi Teo Mişel və hücumçu Ruben Providens debüt etmək şansı qazanıblar.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti oyunu saat 21:45-də başlayacaq.

Chosen
31
sportinfo.az

1Sources