"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Dris Mertens ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçu karyerasını bitirməyi düşünən belçikalı ulduzu "Cim-Bom"un texniki heyətinə cəlb etmək istəyir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
37 yaşlı oyunçu 2022-ci ilin avqustundan İstanbul nəhənginin formasını geyinir. Sözügedən futbolçunun mövsümün sonunda "sarı-qırmızılar" ilə müqaviləsi başa çatacaq.
Qeyd edək ki, Mertens 2024/25 mövsümündə "Qalatasaray" forması ilə 41 oyuna çıxıb və 5 qola, 18 məhsuldar ötürməyə imza atıb.