EN

Liqa 1: “Nitsa” evdə Lion “Olimpik”inə məğlub oldu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Havr” – “Sent Etyen” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Brest” “Anje” ilə ev oyununda inamlı qələbəyə sevinib. “Nant” doğma meydanda “Strasburq”a, “Reyms” “Oser”ə, “Nitsa” isə Lion “Olimpik”inə məğlub olub.

Beləliklə, cari mövsümün geridə qalmış 25 turundan sonra 65 xala malik PSJ vahid liderdir və növbəti çempionluğuna doğru inamla irəliləyir. Marsel “Olimpik”i 49 xalla ikinci, “Nitsa” 46 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” və “Lill” 44, Lion “Olimpik”i 42, “Strasburq” 40, “Lans” və “Brest” 36, “Tuluza” 34, “Oser” 31, “Renn” 29, “Anje” 27, “Nant” 24, “Reyms” 22 xal toplayıb.

Fransa, Liqa 1
25-ci tur
7 mart

Tuluza – Monako 1:1
Qollar: Maqri, 90+1 – Minamino, 17.

8 mart

Renn – PSJ 1:4
Qollar: Brassye, 53 – Barkola, 27. Q.Ramos, 50. Dembele, 90+1; 90+4.

Lill – Monpelye 1:0
Qol: C.David, 50.

Olimpik (Marsel) – Lans 0:1
Qol: El Aynaui, 90+4.

9 mart

Brest – Anje 2:0
Qollar: Sima, 19. Favr, 60.

Havr – Sent Etyen 1:1
Qollar: Ture, 45+1 – Stassin, 10.

Nant – Strasburq 0:1
Qollar: Lemareşal, 79.

Reyms – Oser 0:2
Qollar: Bair, 15. Traore, 24.

Nitsa – Olimpik (Lion) 0:2
Qollar: Şerki, 78. Nuama, 83.

Chosen
25
1
arena.az

2Sources