EN

ABŞ-da təyyarə dayanacağa çırpılıb, bir neçə avtomobil yanıb

ABŞ-ın Pensilvaniya ştatının Lancaster dairəsində kiçik təyyarə qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "CBS" televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.

Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil yanıb. Qəza yerində təcili yardım xidmətləri işləyir.

Yerli WGAL telekanalı hadisə nəticəsində ölənlərin olduğunu, lakin onların vəziyyəti barədə hələlik məlumat verilmədiyini bildirib.

Chosen
7
4
ikisahil.az

10Sources