EN

İlon Mask Ukraynanı hədələyir

İlon

Amerikalı milyarder İlon Mask növbəti dəfə Ukrayna ilə bağlı qalmaqallı açıqlama verib. Məşhur iş adamı deyib ki, onun "Starlink" sistemi Ukrayna ordusunun onurğa sütunudur və onu söndürsə, Ukraynanın bütün cəbhə xətti dağılacaq.

Reyting.az
-ın məlumatına görə, Mask bildirib ki, onun şirkəti "SpaceX" tərəfindən yüksəksürətli internetə çıxış üçün yerləşdirilmiş qlobal peyk sistemi olan "Starlink" Ukraynanı böyük məğlubiyyətdən qoruyur.

Məşhur iş adamı "X" sosial şəbəkəsində dərhal düşmənçiliyə son qoymağa, sülhə gəlməyə çağırış edib.

Xatırladaq ki, fevralın sonunda "Reuters" agentliyi üç mənbəyə istinadla yaymışdı ki, Kiyev ilə Vaşinqton öz aralarında mineral ehtiyatlarla bağlı razılığa gəlməyəcəyi təqdirdə, ABŞ cavab kimi Ukraynanı "Starlink"-dən ayıracaq. Lakin İ. Mask bu məlumatı təkzib etmişdir.

Oqtay QORÇU
Chosen
28
reyting.az

1Sources