EN

ABŞ-də təyyarə qəzaya uğradı: Avtomobillər yandı

ABŞ-nin Pensilvaniya ştatının Lankaster dairəsində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
 
Bu barədə CBS televiziya şirkətinin yerli bölməsi məlumat yayıb.
 
Hadisə yerli vaxtla saat 15:20-də (Bakı vaxtı ilə 23:20) baş verib. Təyyarənin dayanacağa çırpılması nəticəsində bir neçə avtomobil yanıb. Qəza yerində təcili yardım xidmətləri işləyir.
 
Yerli WGAL telekanalı hadisə nəticəsində ölənlərin olduğunu, lakin onların vəziyyəti ilə bağlı hələlik məlumat verilmədiyini bildirir.
Chosen
9
4
moderator.az

10Sources