Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə I Liqasında növbəti oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, həmyerlimizin çıxış etdiyi "Çorum" 29-cu tur çərçivəsində səfərdə "Gençlerbirliği" ilə qarşılaşıb.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Coşqun da bu görüşün iştirakçısı olub.
Yeni baş məşqçi Tuncaq Şanlı ona əsas heyətdə güvənib və sona qədər meydanda saxlayıb.
"Çorum" turnir cədvəlində 42 xalla 8-ci yerdədir. "Gençlerbirliği" isə 48 xalla liderdir.
"Gençlerbirliği" - "Çorum" 1:2
Qollar: Qauço, 72 - Akkaynak, 32, Karadaq, 54