EN

Hökumət Ödəniş Portalı üzərindən emal olunan ödənişlərin həcmi artıb

2024-cü ildə Hökumət Ödəniş Portalının (HÖP) əhatəliliyinin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2024-cü ilin yekunlarına dair “Rəqəmsal ödənişlər icmalı”nda bildirilir.

Hazırda HÖP vasitəsilə 1200-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. 2024-cü ildə HÖP vasitəsilə emal olunan ödənişlərin sayı 2023-cü illə müqayisədə 16,8 faiz artaraq 153,9 milyon ədəd, həcmi isə 16,4 faiz artaraq 8,1 milyard manat olub. Ödənişlərin say üzrə 82 faizi, həcm üzrə isə 71,3 faizi nağdsız formada aparılıb.

Chosen
25
vergiler.az

1Sources