Azərbaycan klubları ötən mövsüm yerli turnirlərin teleyayım hüququndan heç bir gəlir əldə etməyib.
Msport.az xəbər verir ki, bu barədə UEFA-nın açıqladığı maliyyə hesabatında bildirilib.
Məlumata əsasən, klublarımızın daxili yarışlarda keçirdiyi matçların heç birindən pul qazanmayıb.
Azərbaycan bu göstərici üzrə Avropada 52-ci olub.