EN

Tovuzda AĞlR QƏZA: Ölən var

Bu gün, 09:14

Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobilin sürücüsü, Tovuz Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İ. Rüstəmov dünyasını dəyişib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Chosen
32
7
Reportyor.tv

10Sources