"Üzüklərin hökmdarı" və "Hobbit" əsərlərinin müəllifi J.R.R.Tolkinin indiyə qədər yayımlanmamış məktubları tapılıb.
Kulis.az xəbər verir ki, bu məktublarda yazıçının əsərlərini yazdığı dövr vəmusiqiçi Donald Svanla dostluğundan bəhs edilir
1965-ci ildə tanış olduqları vaxtdan Tolkinin ölümünə - 1973-cü ilə qədər dostluq etdikləri məlum olub.
Arxivdə 21 məktub, mahnılar, şeirlər və 13 səhifəlik qeydlərdə iki sənətçinin yaradıcılıqları haqqında ətraflı məlumat var.
Arxivin qiyməti 550.000 sterlinqdir.
Məktublar 2025-ci ilin aprel ayında Nyu Yorkda Beynəlxalq Əntiq Kitab Sərgisində sərgilənəcək.