EN

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə Tərtər-Goranboy avtomobil yolunun kənarlarında ağacəkmə aksiyası keçirilib...

Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin kollektivi iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 300 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyev tərəfindən 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildiyini bildirib. O, bu kimi aksiyaların rayon ərazisində mütəmadi olaraq davam etdiriləcəyini qeyd edib.

Poliqon.info

Chosen
40
4
poliqon.info

10Sources