Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda I Liqada mübarizə aparan "Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı çalışdırıcı çempionatın son turunda MOİK-lə görüşdəki (2:2) hərəkətlərinin güdazına gedib.
O, hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bundan sonra hakimlər otağına daxil olan A.Quluzadə AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq disvkalifikasiya edilib. Həmçinin “Qaradağ Lökbatan” klubu 300 manat cərimə ödəcəyək.
Gərgin keçən matçın final fitindən sonra meydançada kənar şəxslər peyda olublar. Meydan sahibləri MOİK bu halı nəzərdən qaçırdığına görə 80 manat cərimələnib.