EN

Türkiyənin Azərbaycana polad ixracı 9,3% azalıb

2025-ci ilin fevral ayında Türkiyə Azərbaycana polad ixracını 7 milyon 99 min 27 ABŞ dollarına çatdırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,3% azalma göstərir.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.

2025-ci ilin yanvar-fevral aylarında isə Türkiyənin Azərbaycana polad ixracı 11,1% azalarak 16 milyon 671 min 79 ABŞ dollarına bərabər olub.

Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 0,2% artaraq 2 milyon 493 min 484 ABŞ dollarına yüksəlib.

Fevral ayında isə Türkiyə 1 milyon 242 min 480 ABŞ dolları dəyərində polad ixrac edib ki, bu da 2024-cü ilin fevral ayı ilə müqayisədə 9,7% azalma deməkdir.

Nazirlik, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyənin polad ixracını 16 milyon ABŞ dolları olaraq qeyd edib.

Fuad Mədətov
Finss.az

Chosen
4
4
fins.az

10Sources