2024-cü ilin yanvar ayında Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində dəmiryol lokomotivləri, mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri, həmçinin siqnal avadanlıqları idxal edilib.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 25,2 milyon ABŞ dolları və ya 87,1% azalma deməkdir.
Bu məhsulların idxalı, Azərbaycanın ümumi idxalında cəmi 0,18% paya sahib olub.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 5,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% artım göstərir. Ticarət dövriyyəsinin 3,4 milyard dolları ixrac, 2,5 milyard dolları isə idxalın payına düşüb ki, bu da illik müqayisədə müvafiq olaraq 64,8% və 79,7% artım deməkdir.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 285 milyon dollar və ya 40,7% artım təşkil edir.
Fuad Mədətov
Finss.az