EN

Zaur Əliyevə yüksək vəzifə verildi

Goranboy Rayon İcra Hakimiyyətində yeni təyinat olub.Metbuat.az banker.az-a istinadən xəbər verir ki, icra başçısı Məhərrəm Quliyevin sərəncamı ilə Əliyev Zaur Valeh oğlu Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd edək ki, Əliyev Zaur Valeh oğlu 22 noyabr 1976-cı ildə Goranboy şəhərində dünyaya gəlib. O, Azərbaycan Texnologiya Universitetinin məzunudur, müxtəlif vəzifələrdə çalışıb.

Yeni təyinatından öncə, Goranboy Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Chosen
35
1
metbuat.az

2Sources