EN

Tərtərdə 300 ədəd Eldar şamı əkilib

Tərtər, 10 mart, AZƏRTAC

Tərtərdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiya Tərtər Rayon İcra Hakimiyyətinin və 9 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Tərtər-Goranboy avtomobil yolunun kənarlarında 300 ədəd Eldar şamı əkilib. Yeni əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.

Chosen
3
1
azertag.az

2Sources