
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun serbiyalı hücumçusu Aleksandar Mitroviç fiziki yorğunluq səbəbindən Ər-Riyadda xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ər-Riyadiyah” məlumat yayıb.
Bildirilib ki, futbolçu fiziki gərginlik səbəbindən sürətli ürək döyüntüsü hiss edib. Qeyd olunur ki, hücumçuya tam istirahət etmək tövsiyə olunub.