EN

Naxçıvan sakinlərinin NƏZƏRİNƏ: Sabah saat 12:00-dan 15:00-dək...

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Energetika Xidməti məlumat yayıb.

Məlumata görə, Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” ASC-yə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında cəmiyyətlərin balans mənsubiyyətli sərhədlərində elektrik sayğaclarının quraşdırılması məqsədilə Kəngərlinin bir hissəsində martın 11-də saat 12:00-dan 15:00-dək elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bizim.Media

Chosen
19
12
bizim.media

10Sources