Gəncənin "Kəpəz" klubunun futbolçusu Turan Manafov mükafat qazanıb.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Misli" və Peşəkar Futbol Liqasının birgə keçirdiyi “Ayın qolu” layihəsinin bu ilin yanvar ayı üçün qalibi olub.
T.Manafov mükafatına bu gün Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt” - “Kəpəz” matçı zamanı sahib çıxıb. Qalibə mükafatı oyunun start fitindən öncə "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.