“Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda PSJ-ni qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, BBC-nin məlumatına görə, Mersisayd komandasının hücumçusu Kodi Qakpo bazar ertəsi məşqdə iştirak edib.
Qakpo səhhətində yaranan problem səbəbindən PSJ ilə ilk oyunu, eləcə də Premyer Liqada “Sauthempton”la matçı buraxıb.
“Liverpul” – PSJ matçı martın 11-i Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, ilk oyunda PSJ ciddi üstünlüyə malik olsa da, “Liverpul” səfərdə 1:0 hesablı qələbə qazanmağı bacarıb.