EN

Zelenski Ağ Evdə olanlara və kostyum geyinmədiyinə görə üzr istədi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski tədbirə kostyumsuz gəldiyinə görə üzr istəyib.

Ölkə.az xəbər verir ki, o, “Şevçenko mükafatı”nın təqdimat mərasimində çıxış edərkən bunu deyib. Video dövlət başçısının ofisi tərəfindən sosial şəbəkələrdə yayımlanıb.

Bundan əlavə, ukraynalı lider ABŞ Prezidenti Donald Trampa məktub göndərib və ondan üzr istəyib.

Bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News"un efirində açıqlayıb.

Xatırladaq ki, Zelenskinin ötən ay ABŞ lideri Donald Trampla Oval kabinetdə keçirilən görüşdə də kostyum geyinməmişdi və jurnalist Brayan Qlenn ondan kostyumunun olub-olmadığını soruşub. Media nümayəndəsi daha sonra Zelenskiyə verdiyi bu suala görə minlərlə təhdid aldığını bildirib.

Chosen
15
10
olke.az

10Sources