EN

Məktəb avtobusu tramvayla toqquşub, 9 uşaq xəsarət alıb

Münxendə məktəb avtobusu ilə tramvayın toqquşması nəticəsində doqquzu uşaq olmaqla 12 nəfər xəsarət alıb.

Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, qəza nəticəsində tramvay relsdən çıxıb, avtobus isə ciddi zədələnib. Avtobusun sürücüsünün vəziyyəti ağırdır.

Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Xəsarət alan 12 nəfər xəstəxanaya yerləşdirilib.

Chosen
84
7
avtosfer.az

7Sources