EN

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.
 
Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.
 
Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.
Chosen
24
11
moderator.az

10Sources