EN

Ana və 3 uşağı dəm qazından zəhərləndilər

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində baş verib.

 

Kənd sakinləri - 1994-cü il təvəllüdlü Məmmədova Rəqsanə Əbülfət qızı və 3 azyaşlı övladı vanna otağında olarkən zəhərləniblər.

 

Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Xəstəxanadan onların həyatları üçün təhlükə olmadığı bildirilib.

Chosen
38
11
modern.az

10Sources